"Orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır. Bunu bir məhdudiyyət kimi deyil, modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib. O bildirib ki, məktəb hər toxunulmaz elm məbədi kimi qalmalıdır:
"Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır. Məktəbli partası arxasında hər hansı açıq saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynin sosial imkanlarını, dünyagörüşünü sərgiləməməlidir. Dominos pizza
Şagird zəkası, elmi marağı və fərdi istedad və bacarıqları ilə dəyər qazanmalıdır. Düşünürəm ki, həm valideynlərlə, həm şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlərin aparılması labüddür".
Qeyd edək ki, Nazirlər Kabineti ötən həftə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.“Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.
Nazim Hacıyev
Telegram kanalımız