Məktəblərdə yoxlamalar başlayır -   RƏSMİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə yoxlamalar başlayır - RƏSMİ MƏLUMAT

Sosial

09 Oktyabr 2026 16:11 405


Ölkə üzrə dövlət məktəblərində şagirdlərin məktəbli forması ilə bağlı qaydaların icrasına nəzarət gücləndirilir. Monitorinqlər zamanı həm şagirdlərin, həm də müəllimlərin geyim tələblərinə əməl edib-etmədiyi yoxlanılacaq.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, monitorinqlər çərçivəsində şagirdlər üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də müəllimlərin pedaqoji fəaliyyətə və işgüzar mühitə uyğun geyim qaydalarına riayət etməsi vəziyyəti araşdırılacaq. Dominos pizza

Qeyd edək ki, məktəblərdə vahid geyim forması qaydalarına nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Geyim forması ilə bağlı məsələlər isə Pedaqoji Şuralarda müzakirə olunaraq həll edilir.

Şagirdlərin müəyyən edilmiş məktəbli formasında dərsə gəlməsini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

Vahid geyim formasının tətbiqində əsas məqsəd məktəblərdə intizamlı, səliqəli və bərabər təhsil mühitinin yaradılmasıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!