Məktəbli forması sadəcə geyim deyil  – Dosentdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli forması sadəcə geyim deyil  – Dosentdən AÇIQLAMA

Sosial

11 Oktyabr 2026 17:42 93


Məktəbli formasının tətbiqi təkcə geyim qaydası deyil, həm də şagirdlər arasında bərabərliyin təmin olunması vasitəsi kimi qiymətləndirilir. Vahid forma uşaqlar arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almaqla yanaşı, onların diqqətinin təhsilə yönəlməsinə də şərait yaradır.

Bu sözləri “Yeni Sabah”a Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova deyib.

O bildirib ki, dünyəvi təhsil elmi biliklərə və ümumbəşəri dəyərlərə əsaslanmalıdır: pizza hut

“Dünyəvi təhsil  yad ünsürlərdən kənar, elmi biliklərə, ümumbəşəri dəyərlərə və bu kimi meyarlara uyğun tətbiq edilən sistemdir

Vahid məktəb formasının tətbiqi  şagirdlər arasında bərabərliyin təmin olunmasıdır. Belə olan təqdirdə şagirdlərin fikri yayınmır, bütün diqqət təhsilə yönəldilir.

Tarixən də məktəbli formasının tətbiqi ayrıseçkiliyin aradan qaldırılmasına xidmət edib”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!