Məktəbli qızı kim döyüb?

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli qızı kim döyüb?

Sosial

19 İyul 2022 19:12 1038


“Lənkəranda döyülən məktəbli qızın ailəsiylə bağlı Ailə Qadın Uşaq Komitəsinə hər hansı müraciət daxil olmayıb”.

Bunu “Yeni Sabah”a Ailə Qadın Uşaq Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. O, ailənin münaqişəli ailə kimi qeydiyyata götürülüməsiylə bağlı komitəyə DİN-dən hər hansı müraciətin daxil olmadığını bildirib:

“Polis hansısa ailəni münaqişəli ailə kimi qeydiyyata götürsə müvafiq İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla işi və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına məlumat verir. Bundan sonra həmin komissiya bizi məlumatlandıra bilər. Amma bizə bununla bağlı hər hansı məlumat daxil olmayıb. Marqarita pizza

Yetkinlik yaşına çatmayan şəxsin media səhifələrində ad soyadının verilməsi şəklinin paylaşılması ilə də bağlı indiyə qədər dəfələrlə çağırışlar edilib və Medianın İnkişaf Agentliyinə məlumat verilib" - Teymur Mərdanoğlu fikirlərini bitirib.

 Lənkəranda icra başçısının müavini Rəsilə Əliyeva mətbuata yeniyetmə qızı döymədiyini, qızın ailəsinin problemli ailə olduğunu, işgəncələrə məruz qalmasını və qızın ana və xalasının himayəsində yaşadığını bildirmişdi.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!