“Məktəb-müəllim-şagird münasibətləri düzgün qurula bilmədiyinə görə, bu kimi hadisələr baş verir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Xatırladaq ki, Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə şagirdin müəllimi döyməsi faktı aşkar edilib. Şagird müəllim döyərək ona xəsarət yetirib.
Onun sözlərinə görə, hər şey söyüşdən başlayır: “Məktəblilər arasında söyüşün yayılmasını, küçə leksikonundan istifadə etdiklərini kimsə inkar edə bilməz. Bu hadisə də elə söyüşün nəticəsidir. Pepperoni pizza
Əslinə qalsa, şəhər ətrafı məktəblərin hamısın da bu problem var. Çünki məktəb-müəllim-şagird münasibətləri düzgün qurula bilməyib. Elə ona görə də, bu tip hadisələr baş verir. Təkcə o məktəbdə belə hal baş verməyib. Sadəcə aşkara çıxanı budur”.
Ekspert qeyd edib ki, belə hallar artıq kütləviləşib: “Əksər məktəblər də bu kimi problemlər var. Lakin hansılar mətbuata sızırsa, onunla bağlı ictimai açıqlamaya məcbur olurlar. Əslində, bu kimi hadisələr artıq kütləviləşib. Əvvəllər də olub, lakin o zaman sosial şəbəkələr yox idi”.
M.Məmmədlinin sözlərinə görə, ictimailləşdirməklə sanki, hadisəni təbliğ edirlər: “Belə halların ictimailəşdirilməsi digər məktəblərdə də belə halların baş verməsinə səbəb olur. Bunlar məktəblərə xüsusi təsir edir. Xüsusən də sosial şəbəkələr, saytlar məsələyə diqqət ayırırlar. Bu da məsələni təbiğat formasına çıxarır.
Yetkinlik yaşında olan uşaqlar da belə məsələlərə meyillidirlər. Adlarının bu kimi hadisələrdə qabarmasını istəyirlər. Bir növ dəb halına çevrilib.
Məsələnin ictimailləşdirilməsi müəyyən qədər problem yaradır. Çalışmalıyıq ki, ictimailləşməsin. İşıqlandırıldıqca, şagirdlərin diqqətini daha çox çəkir. Və bu hallar artır. Maraqlı olurlar ki, adları mətbuatda hallansın. İndiki uşaqların əksəriyyəti kriminal mühitə meyillidirlər”.
Nəzrin Vahid
Telegram kanalımız