“Təhsil müəssisələrinin ənənəvi tədrisə qayıtması tamamilə doğru addımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında infeksionist Nicat Əzimli söyləyib.
O, hazırkı epidemik vəziyyəti qənaətbəxş hesab edir: Sezar pizza
“Təhsil müəssisələrinin ənənəvi tədrisə qayıtması tam doğru addımdır. Ənənəvi təhsilin mənfi təsiri haqda düşünmək lazım deyil. Tədrisin yoluxmalara çox böyük təsiri olmayacaq. Lakin payız mövsümü ilə əlaqədar olaraq müxtəlif infeksion respirator xəstəliklərin artması labüddür. Covid-19-un da yoluxma sayında xüsusilə vaksin olunmamış əhali arasında artım görülə bilər. Nəzərə alsaq ki, məktəblilər vaksinasiyada iştirak etmirlər, bu artım məktəblilər arasında gözləniləndir.
Vaksinasiya sürətli şəkildə davam edir. Yeni bir təhlükəli variant olmadığı müddətcə hər şey müsbətə doğrudur. Çünki digər variantlara qarşı süni və təbii kollektiv immunitet də kafi həddə yaxınlaşır”.
Mehri Qurban
Telegram kanalımız