“Mən sevirəm, kasıb olsa da...“ - Bacılardan AÇIQLAMA   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Mən sevirəm, kasıb olsa da...“ - Bacılardan AÇIQLAMA - VİDEO

Şou

17 Yanvar 2024 17:29 1430


ATV-nin “Rəngarəng səhər” verilişinin növbəti qonaqları Sevil-Sevinc Səfərova bacıları olub.

Yenisabah.az xəbər verir ki, müğənni bacılar gələcəkdə ailə həyatı qurmaları barədə danışıblar.

Onlar ailə quracaqları insanın imkanlı olmasının önəmli olduğunu bildiriblər: pizza

“Ailə həyatı quranda da ağılla düşünmək lazımdır. Ərə gedib, korluq çəkəcəyəmsə, Allah mənə övlad verəcək, mən isə ona baxa, gələcəyini təmin edə bilməyəcəyəmsə... İndi elə dövrdə yaşayırıq ki, uşağın təhsili az məbləğ aparmır.

Uşağın gələcəyini qurmaq üçün çox miqdarda pula ehtiyac var. Ona görə fikirləşirəm ki, ailə qurmaq mövzusu ağılla olmalıdır. Yoxsa mən sevirəm, kasıb olsa da, əgər gedəcəyəm, ac qalacağamsa bəlli bir müddətdən sonra yoxsuzluğa görə sevgi də öləcək”.

Ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!