Meşə yanğınlarının sayı niyə artıb? - Nazir müavinindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Meşə yanğınlarının sayı niyə artıb? - Nazir müavinindən açıqlama

Sosial

05 Aprel 2022 13:06 566


Son günlər meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində yanğın hadisələri qeydə alınır ki, bunların da əksəriyyəti insanların ehtiyatsızlığından irəli gəlir. Havaların istiləşməsi, küləkli hava şəraitinin üstünlük təşkil etməsi isə meşə yanğınlarının baş vermə təhlükəsini artırır. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Yenisabah.az-a bildirib ki, son günlər Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də vətəndaşların pay torpaqlarında və örüş sahələrində baş verən yanğın hadisələri bunun bir göstəricisidir. 

Nazir müavini yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!