Məşhur avtomobil sifarişi şirkətindən   ŞİKAYƏT VAR

saytların hazırlanması

Evə çatdırılma

Məşhur avtomobil sifarişi şirkətindən ŞİKAYƏT VAR

Avto

10 Sentyabr 2026 16:57 98


Xaricdən avtomobil sifarişi xidməti göstərən “ŞAH AVTO” MMC ilə müştəri arasında qalmaqal yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, sifarişçinin bildirdiyinə görə, təxminən 5 ay əvvəl şirkətlə avtomobilin Azərbaycana gətirilərək təhvil verilməsi barədə müqavilə bağlanıb. Şirkət rəhbəri Ayhan Şahbazov avtomobilin 50-60 gün ərzində çatdırılacağı öhdəliyini götürsə də, proses təxminən 5 ay çəkib.

Bundan əlavə, avtomobil Gürcüstanın Poti şəhərində sənədləşmə problemi səbəbindən 1 ay ödənişli dayanacaqda qalıb və nəticədə 1500 AZN əlavə xərc yaranıb. Narazı müştəri avtomobilin çatdırılması xidmətinə görə şirkətə artıq 300 ABŞ dolları ödədiyini, bu səbəbdən yaranan əlavə xərcin onun üzərinə qoyulmasının əsassız olduğunu bildirib. pizza sifarişi

Şikayətçinin sözlərinə görə, A.Şahbazov məsələnin həllindən yayınıb və sonradan zənglərə cavab verməyib. Oxşar problemlərlə digər müştərilərin də qarşılaşdığı iddia olunur.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!