Məşhur Ticarət Mərkəzinin qarşısında ağır qəza: Yaralılar var - Fotolar
04 İyn 2020 21:59
449

Məşhur Ticarət Mərkəzinin qarşısında ağır qəza: Yaralılar var - Fotolar

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. 

Yenisabah.az xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb.

Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.   /APA

Oxşar xəbərlər