Messi: İllərdir rəqibik, amma...

saytların hazırlanması

Evə çatdırılma

Messi: İllərdir rəqibik, amma...

İdman

19 İyun 2026 12:46 235


Lionel Messi Argentina 2022-ci ildə titulunu qoruya bilməsə, hansı komandanın Dünya Kubokunu qazanmasını istədiyini açıqladı.

"Yeni Sabah" xəbər verir ki, Argentina milli komandasının və MLS çempionu "Inter" (Mayami) komandasının 38 yaşlı hücumçusu bildirib6

"Ümid edirəm ki, yenidən titul qazanacağıq. Argentina mənim ölkəm, xalqım və milli komandamız hər şeydən üstündür. Amma Argentina bu turnirdə qalib gələ bilməsə, Portuqaliya və Ronaldonun Dünya Kubokunu qazanmasını istərdim. pizza

Ronaldoya böyük hörmətim var. Onun futbol üçün etdiyi hər şey inanılmazdır. İllərdir rəqibik, amma aramızda hörmət həmişə qalıb. Bu turnirdə qalib gəlməyin Ronaldo və Portuqaliya üçün nə qədər vacib olacağını bilirəm. Ronaldo futbola əlindən gələni etdi və Dünya Kubokunu qazanmaq bu inanılmaz hekayənin gözəl sonluğu olardı.

Amma hazırda bütün diqqətim yalnız Argentinaya yönəlib".

Xatırlatma: qrup mərhələsinin ilk turunda Argentina Messinin het-triki sayəsində Əlcəzairi 3-0 hesabı ilə məğlub, Portuqaliya isə Konqo Demokratik Respublikası ilə 1-1 hesablı heç-heçə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!