Azərbaycan “Metrik Konvensiya“ya qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “Metrik Konvensiya“ya qoşuldu

Sosial

30 İyun 2026 11:24 80


Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib.

"Yeni Sabah" xəbər verir ki, Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Deputatların müzakirəsindən sonra "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Sezar pizza

Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!