“Meyitlər 200-300 metr aralı idi” - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Meyitlər 200-300 metr aralı idi” - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO

Hadisə

12 Sentyabr 2026 23:45 210


Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirahət Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirib. Vəfat edən Qax rayon sakini, 30 yaşlı Coşqun Məmmədovun yaxınları "Xəzər" TV-yə danışıblar.

Mərhumun dayısı İftixar Saadovun sözlərinə görə, hadisə barədə ilk məlumat ona verilib və hadisə yerinə ilk olaraq özü çatıb: pizza

"Birinci getdim, gördüm bir nəfər betonun üzərində uzanıb. Baxdım ki, bu, Coşquna oxşamır. Çəkisi elə eyni çəkidə idi, boyu bir az qısa idi. Üzünü açdım, baxdım, gördüm saqqallıdır. Coşqunun saqqalı yox idi.

Orada dedilər ki, o biri meyit digər tərəfdədir. Gördüm, bir dənə böyük fıstıq ağacıdır. Onun altında uzanmışdı, üstü yaşıl yarpaqlarla örtülmüşdü. Boynu da əyilmiş, sallanmış vəziyyətdə idi. İstədiyi qız da yanında idi".

Mərhumun dayısı bildirib ki, meyitlər bir-birindən 200-300 metr aralı olub:

"Yaxınlaşıb soruşdum ki, nə məsələdir, niyə belə olub? Dedilər ki, tros amortizasiya edib, rolik yerindən çıxıb. Soruşdum ki, niyə ikisi bir yerdə idi, niyə o qədər ağır idi? Dedilər ki, rolik 240 kiloqram çəkiyə davamlıdır. Bunların da ikisinin birlikdə çəkisi 240 kiloqram olardı.

Məlum məsələdir ki, onların ikisi də eyni zamanda xəttə çıxıblar. Biri gedib çatmalı idi, o biri isə çıxmalı. Amma bu, çatmayıb".

İftixar Saadov hadisənin ağırlıq səbəbindən baş verdiyini iddia edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!