Azərbaycanda yüksək vəzifəyə - Təyinat

Azərbaycanda yüksək vəzifəyə -
Sent 5, 2019 17:48
Oxunma sayı: 11427

Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə sədr təyin olunub. 

"Yeni Sabah" Maliyyə Monitorinqi Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən posta Rövşən Nəcəf təyin edilib. 

Xatırladaq ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub. 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Təyinatdan əvvəl isə o, ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayından Prezident Administrasiyasının İnnovativ İnkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yenisabah.az