Birinci Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İqor Seryoginin ailəsi Bakıya yola salınıb.
Yenisabah.az xəbər verir ki, ailə təyyarə ilə Moldovadan Türkiyənin İstanbul şəhərinə, oradan da Bakıya gələcək.
Qeyd edək ki, Milli Qəhrəmanın ailə üzvləri Ukraynada hərbi əməliyyatların başa çatmasını gözləyirdi. Lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün Azərbaycana müraciət etmək qərarına gəliblər. Azərbaycan dövlətinin tapşırığı ilə ailə dərhal Xarkovdan Moldovaya təxliyə olunub, orada lazımı şəraitlə təmin edilib. pizza mizza
Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.
1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib.

Telegram kanalımız