Milyarderlər Norveçdən niyə qaçır?

saytların hazırlanması

Evə çatdırılma

Milyarderlər Norveçdən niyə qaçır?

Dünya

10 Aprel 2023 17:31 835


keçən il Norveçi 30-dan çox milyarder və multimilyoner tərk edib.

Yenisabah.az “Dagens Naeringsliv”ə istinadla xəbər verir ki, buna səbəb zənginlərə vergi artımıdır. 

İndi Norveçdəki super varlılar fiziki şəxslər üçün 1,7 milyon NOK (162,000 dollar) və ya cütlüklər üçün 3,4 milyon kron (324,000 dollar) dəyərində əmlaka görə 0,7% vergi ödəməlidir. Bundan əlavə, varlılar fiziki şəxslər üçün 20 milyon kron (1,91 milyon ABŞ dolları) və evli cütlüklər üçün 40 milyon kron (3,8 milyon ABŞ dolları) məbləğində aktivlərə görə 0,4% dövlət vergisi nəzərdə tutulub. Əmlak vergisinin maksimal dərəcəsi keçən il 1,1% artıb. pizza hut

Norveç Biznes Məktəbinin fəxri professoru Ole Qyems-Onstad hesab edir ki, keçən il vergiyə görə Norveçi tərk edənlərin ümumi sərvəti 600 milyard krondan (57 milyard dollar) çoxdur.

Bir çox norveçli milyarder və multimilyoner İsveçrəyə köçüb. Məsələn, Kyell İnge Rekke (o, balıqçılıqdan və dənizdə qazma işlərindən varlanıb). "Forbes Real-Time" onun sərvətini 5,1 milyard dollar qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!