Moldova parlamentinin sədri İqor Qrossu ölkənin MDB Parlamentlərarası Assambleyasının tərkibindən çıxması proseduruna başlamaq barədə qərar qəbul edib.
Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, bu barədə spiker brifinq zamanı bildirib:
“Mən Moldova Respublikasının MDB Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxması prosesinə başlamaq qərarına gəldim”. pizza sifarişi
O, MDB strukturlarını Moldova üçün “yararsız” adlandırıb.
Rəsminin sözlərinə görə, bu qərarı o, ölkə vətəndaşları, hakim partiyanın nümayəndələri, eləcə də prezident Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.
Telegram kanalımız