Moskvanın 3 hava limanında pis hava şəraiti ilə əlaqədar 60-dan çox reys gecikib və ya təxirə salınıb.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu, Vnukovo, Domodedovo və Şeremetyevo aeraportlarıdır.
“Vnukovo”da 13 reys gecikib, 9-u ləğv edilib. “Domodedovo” hava limanında 21 reys gecikib, 7 reys təxirə salınıb. “Şeremetyevo” hava limanında isə 10 reys gecikib, 4-ü ləğv edilib. Sezar pizza
Daha əvvəl moskvalılara hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıq edilmişdi. Dekabrın 21-i axşamdan cümə axşamı səhərədək paytaxtda sulu qar və yağış yağıb, yolları buz bağlayıb.
Telegram kanalımız