Moskvada Rusiya, Türkiyə, Suriya və İranın xarici nümayəndə heyətlərinin danışıqlarının ikinci raundu başlayıb.
Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, görüşdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran xarici işlər nazirinin müşaviri Əli Əsgər Qaci, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Suriya nümayəndə heyəti iştirak edir.
Xatırladaq ki, aprelin 3-də Moskvada dörd ölkənin XİN rəsmiləri məsləhətləşmələr keçirib. Məsləhətləşmələr zamanı Xİ nazirlərinin görüşü üçün lazımi hazırlıq işləri görülüb. Dominos pizza
Telegram kanalımız