Moskvada hava hücumu siqnalı - FHN bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Moskvada hava hücumu siqnalı - FHN bəyanat yaydı

Dünya

09 Mart 2023 17:54 878


Moskvada hava hücumu xəbərdarlığının elan edilməsi barədə radiostansiyalarda və telekanallarda yayımlanan məlumat yalandır.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə Baş idarəsi  bildirib.

"Moskva ərazisində radiostansiyaların və telekanalların serverlərinin sındırılması nəticəsində hava hücumu xəbərdarlığının elan edilməsi barədə efirdə məlumat yayılıb. Bu məlumat yalandır və reallığa uyğun gəlmir", - deyə məlumatda qeyd olunur. pizza mizza

Bundan əvvəl internetdə bir sıra radiostansiyaların və telekanalların efirində paytaxtda hava hücumu xəbərdarlığının elan edilməsi ilə bağlı məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!