Mourinyo Arda Gülərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mourinyo Arda Gülərdən danışdı

İdman

16 Sentyabr 2026 15:30 110


"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Elçe" üzərində qazanılan dramatik 3:2 hesablı son dəqiqə qələbəsindən sonra mətbuata açıqlama verib. Təcrübəli mütəxəssis matç zamanı etdiyi əvəzetmələr və Arda Gülerin oyunu haqqında danışıb.

“Yeni Sabah” xəbər verir ki, Mourinyo komandada heç kimin toxunulmaz olmadığını vurğulayıb:

"Arda Güler əvəzolunmazdır? Xeyr, o, əvəzolunmaz deyil. Komandada heç kim əvəzolunmaz deyil. İlk iki əvəzetməni — Bellingem və Brahim Diası məhz oyuna nəzarəti itirməyə başladığımız üçün etdim. Hiss edirdim ki, həmin anda oyunun idarəsi əlimizdən çıxır. Bu dəyişiklikləri hesab 2:0 olarkən etsəm də, rəqib hesabı 2:2 etməyi bacardı. Dördpendirli pizza

Vinisius müdafiə baxımından çox yaxşı iş gördü və həmişə düzgün mövqedə idi, lakin daha sonra yoruldu. Bu gün '10 nömrə' mövqeyində oynayan — əslində bütün meydanı əhatə edən Arda Güler də intensivliyini itirməyə başlamışdı. Ona görə də dəyişikliyə getdim".

Portuqaliyalı mütəxəssis əlavə edib ki, hesab bərabərləşdikdən sonra meydana "ağır artilleriyanı" buraxaraq matçı xilas etməyi və vacib 3 xalı götürməyi bacarıblar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!