Müalicəvi siropların doğurduğu təhlükə -   Professordan qorxuducu XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Müalicəvi siropların doğurduğu təhlükə - Professordan qorxuducu XƏBƏRDARLIQ

Sosial

25 Noyabr 2023 12:59 1116


“Ümumiyyətlə, uşaqlara dərman verəndə maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır. Hər şeydən ötrü onlara dərman vermək düzgün deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, payız fəslinin başlaması ilə bərabər uşaqlarda ortaya çıxan boğaz ağrısı və öskürəklərdə valideynlərin müalicəvi siroplardan istifadə etməsi məsələsinə toxunub. Marqarita pizza

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, ötən il dünyada 204 uşaq müalicəvi siroplardan vəfat edib. Qeyd olunub ki, bir çox siropların tərkibində uşaqlar üçün ziyanlı etilinqlikol maddəsi aşkarlanıb.

“Uşaqlar üçün nəzərdə tutulan siroplar parasetamol əsaslıdır və iltihab proseslərini, soyuqdəyməni və digər xəstəlikləri aradan götürür. “Panadol” və “Efferalgan”  kimi parasetamol əsaslı dərmanların tərkibinə fikir vermək lazımdır. Təəssüf ki, bu kimi dərmanların da bəzən keyfiyyətsiz variantları aşkara çıxır”, – deyə A. Qeybulla vurğulayıb.

Professorun fikrincə, uşaqlara antibiotiklərin vurulması, müxtəlif ağır dərmanların, məsələn, “Tetrasiklin”in verilməsi yolverilməzdir:

“Bunlar təlimatlarda olmalıdır, eləcə də uşaqlara baxan sahə pediatrları yarana biləcək fəsadı bildirilməlidir. Qısası, uşaqların səhhətini maksimum nəzarətdə saxlamaq lazımdır. Lakin heyf ki bu cür hadisələr baş verir və araşdırılmamış qalır.

Özbaşına təyinat məqsədəuyğun deyil. Valideynlərə də əsas tövsiyə budur ki, uşaqlara özbaşına dərman verməsinlər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!