Müavini naziri ittiham etdi: “Bacarıqsızdır!“  - Qalmaqal
21 Noy 2020 11:21
840

Müavini naziri ittiham etdi: “Bacarıqsızdır!“ - Qalmaqal

İranın Səhiyyə nazirinin köməkçisi Rza Mələkzadə istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Açıqlamaya görə, istefaya səbəb koronavirus pandemiyasına qarşı mübarizənin düzgün idarə olunmaması olub.  

Mələkzadə məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərkən prosesdən Səhiyyə naziri Səid Məməli günahlandırıb. O qeyd edib ki, Nazir həyatını itirən insanlarla bağlı məsuliyyət daşıyır, çünki bu mübarizədə olduqca bacarıqsız olub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər