Müəllim və direktorlara   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Müəllim və direktorlara ŞAD XƏBƏR

Sosial

01 Noyabr 2023 22:46 7987


2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait proqnozlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanının icrası olaraq dövlət ümumi təhsil müəssisələrinin direktor, direktor müavinlərinin və sertifikatlaşdırılmadan keçən təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilib. pizza mizza

Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Könül Aslanova
    Salam.Artım təşkilatçı müavilərə də şamil edilirmi?
    3 years ago
  • Kamran Eyvazov
    Mən ŞƏKİ ŞƏHƏR4 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ GƏNCLƏRİN ÇAĞRIŞA QƏDƏRKİ HAZIRLIQ FƏNNİNDƏN DƏRS KEÇİRƏM.BU ARTIM BİZİM KATEQORİYADAN OLAN MÜƏLLİMLƏRƏDƏ AİDDİR,YOXSA BİZ MÜDÜR MÜAVİNİ SAYILMIRIQ.BU ARTIM BİZƏ AİD DEYİL.ƏVVƏLCƏDƏN TƏŞƏKKÜRLƏR.
    3 years ago
  • Arzu
    Salam.Sertifikasiyadan uğurla keçənlərin maaşına əlavələr nə vaxt veriləcək? Axı demişdilər ki,noyabrda olacaq artımlar.
    3 years ago