Müğənni həbsxanaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Müğənni həbsxanaya göndərildi

Şou

05 Oktyabr 2026 14:17 97


Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib.

“Yeni Sabah” xəbər verir ki, İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp da olub.

Müğənni sentyabrın 30-da Kağıthanədəki evində saxlanılıb və evində axtarış aparılıb. İstintaq zamanı onun Pusula Portföy İdarə Heyətinin sədri Muhammed Yarızla bağlı sənədlərə sahib olduğu müəyyənləşdirilib. Araşdırma kapital bazarlarında əməliyyatlar, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması iddiaları üzrə davam edir. İş üzrə ümumilikdə 217 şübhəli müəyyənləşdirilib, həbs olunanların sayı isə 85-ə çatıb. pizza hut

Qeyd edək ki, istintaq çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup da günahlandırılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!