Milyonlarla dinləyicinin "Kamin" və "Kometa" hitləri ilə tanıdığı azərbaycanəsilli məşhur rusiyalı müğənni JONY pasport məlumatlarını dəyişib.
"Yeni xəbər verir ki, sənəddə Cahid Əfrayıl əvəzinə artıq Massimo Torriçelli yazılıb.
Sənətçi Rusiya vətəndaşının xarici pasportunun skan olunmuş fotosunu sosial şəbəkələrdə paylaşıb, lakin bu qərarını heç bir şəkildə izah etməyib. Sezar pizza
Xatırladaq ki, sənətçinin əsl adı Cahid Əfrayıl oğlu Hüseynlidir. Onun 30 yaşı var və Azərbaycanda anadan olub. Bununla belə, JONY dörd yaşından Rusiyada yaşayır. O, 2021-ci ildə NTV telekanalında yayımlanan "Maska" şousunun ikinci mövsümünün qalibi olub./Oxu.az
Telegram kanalımız