Müharibə əlillərinə 250 avtomobil veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Müharibə əlillərinə 250 avtomobil veriləcək

Sosial

20 Avqust 2020 14:43 948


Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, qurum tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub.

İlin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək. Dördpendirli pizza

Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir. Ümumilikdə indiyədək Nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6 900 avtomobil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!