“Müharibədə dönüş nöqtəsi tezdir, amma...” - Şok Rusiya analizi

saytların hazırlanması

Evə çatdırılma

“Müharibədə dönüş nöqtəsi tezdir, amma...” - Şok Rusiya analizi

Siyasət

12 İyul 2026 17:55 93


Ukrayna cəbhəsində Rusiyanın hücumlarının zəifləməsi və Kiyevin rəqib arxasına endirdiyi effektiv zərbələrə rəğmən, hərbi əməliyyatlarda tam dönüşün yarandığını demək hələlik çox tezdir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti geniş analitik məqalə dərc edib. Nəşr qeyd edir ki, rəsmi Moskva hələ də cəbhədə mühüm üstünlüklərini, xüsusilə də ballistik raketlərdən geniş istifadə imkanlarını qoruyub saxlayır, Ukrayna isə öz növbəsində Qərbin "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükündən tam asılı vəziyyətdə qalmaqdadır.

Qəzet Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının da diqqətçəkən rəyinə istinad edib. Zalujnının fikrincə, cəbhədəki mövcud vəziyyət tərəflərdən birinin həlledici qələbəsinə doğru getməsindən ziyada, daha çox "qarşılıqlı olaraq imkanlardan məhrumetmə" xarakteri daşıyır. Bununla belə, WSJ-nin qiymətləndirməsinə görə, Rusiyanın Ukraynanı tükəndirmək strategiyası artıq ciddi uğursuzluqlar verməyə başlayıb; rus ordusunun irəliləməsi nəzərəçarpacaq dərəcədə ləngiyib, Ukrayna PUA-larının Rusiyanın logistika mərkəzlərinə və neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələr isə Kremlə külli miqdarda ziyan vurur. Dördpendirli pizza

Ağ Evdəki etibarlı mənbələr isə sensasiyalı bir məqamı açıqlayıblar. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya daxilinə endirdiyi yeni zərbələr barədə mütəmadi olaraq kəşfiyyat hesabatları alır və bu hücumların yüksək effektivliyindən "çox təsirlənib". Bundan əlavə, amerikalı rəsmilər Rusiya cəmiyyətində müharibədən yaranan yorğunluğun sürətlə artdığını qeyd edirlər. Analitiklər Trampın son vaxtlar Ukraynaya qarşı daha loyal və müsbət ritorika nümayiş etdirməsini məhz bu faktorlarla əlaqələndirirlər./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!