Müşahidə missiyasının rəhbəri İrəvanda qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Müşahidə missiyasının rəhbəri İrəvanda qəbul edildi

Rəsmi

21 Fevral 2023 14:31 881


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin yeni mülki monitorinq missiyasını qəbul edib.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyat komandiri Stefano Tomat ilə görüşdə o, missiyanın regionda sabitlik və sülhü bərqərar edəcəyini deyib.

Stefano Tomat, öz növbəsində, Aİ-nin mülki missiyasını dəstəklədiyinə görə erməni tərəfinə təşəkkür və Ermənistanda həyata keçirəcəkləri işləri təqdim edib. pizza

Tərəflər gələcək əməkdaşlıqla bağlı digər məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, fevralın 20-də Avropa İttifaqı iki il müddətinə mülki missiyanın fəaliyyətinə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!