“Hər birimiz internet istifadəçisiyik və son vaxtlar ölkə internetinin necə zəiflədiyini müşahidə edirik. Lakin bu hallar təsadüfi deyil və ilk dəfə müşahidə edilmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında media eksperti Azər Həsrət söyləyib. O, internet provayderlərinin müştəriləri aldatdığını da qeyd edib:
“İnternetin zəifləməsi son günlərin və son ayların məsələsidir. İllərdir Azərbaycanda bu problem yaşanır. Əvvəllər deyirdilər ki, haqsız rəqabət var. İnternet provayder bazarında dövlət iştirak etdiyi üçün özəl provayderlər sıxışdırılır, onların yeraltı xətlərdən istifadə etməsinə imkan verilmir. Bu məsələnin bir tərəfidir. Toyuqlu pizza
Digər tərəf isə ümumiyyətlə, internet provayderlərinin müştəriləri aldatmasıdır.
Məsələn bir binaya 50 nəfərlik internet çəkirlər lakin həmin binada eyni xətlə 300 nəfərə internet verilir. Bu isə keyfiyyətin ciddi şəkildə aşağı düşməsinə səbəb olur.
Bu problemləri aradan qaldırmaq, provayderlərin birbaşa vəzifə borcudur. Müqavilə bağlayıb pulumuzu alırlar, lakin vəd etdikləri xidməti göstərmirlər. Pul bir gün gecikən kimi xidmət dayandırılır. Özləri konpensasiya etmirlər, amma müştəri bir gün pul gecikdirən kimi internet kəsilir. Çox hörmətsiz bir yanaşmadır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır.
Bazarda bu və ya digər şəkildə təsir imkanları olan dövlət qurumları rəqabət ortamından çəkilməli, özəl provayderlərə şərait yaradılmalıdır ki, normal xidmət göstərə bilsinlər, dövlət qurumu isə onlar üzərində nəzarəti gücləndirməlidir”.
Mehri Qurban
Telegram kanalımız