Sosial şəbəkənin "Azbank klubu" qrupunda "Leobank"ın xidmətindən narazılıq edən Heydər Abışov adlı vətəndaşın şikayəti paylaşılıb. Vətəndaş bildirib ki, sentyabrın 12-də həyata keçirdiyi "card-to-card" əməliyyatı sistemdə uğursuz kimi qeyd olunsa da, hesabından 101 manat vəsait silinib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, əməliyyat zamanı ekrana bildiriş gələrək keçidin baş tutmadığı göstərilib, lakin məbləğ hesabdan çıxılıb. "Leobank"ın texniki mərkəzi ilə əlaqə saxladıqda əməliyyatın uğurlu olduğu bildirilsə də, vəsait qarşı tərəfin hesabına daxil olmayıb. Qarşı tərəfin xidmət aldığı bank da hesaba hər hansı məbləğin daxil olmadığını təsdiqləyib. Vətəndaş bildirib ki, üzərindən bir həftə keçməsinə baxmayaraq, silinən vəsait hesabına geri qaytarılmayıb.
Məsələyə rəsmi reaksiya verən "Leobank" nümayəndəsi baş vermiş hal üçün təəssüfünü bildirib və müştərinin mesaj qutusu bağlı olduğu üçün ona birbaşa yaza bilmədiklərini qeyd edib. Bank rəhbərliyi vətəndaşdan araşdırma aparılması üçün birbaşa müraciət etməsini xahiş edib. Dördpendirli pizza
Paylaşılan şikayətin şərh bölməsində digər istifadəçilər də analoji problemlərlə qarşılaşdıqlarını bildirərək bankın ünvanına tənqidi fikir və narazılıqlarını ifadə ediblər.
Nazim Hacıyev
Telegram kanalımız