Müşfiq Abbasov öz adını dəyişsin!

saytların hazırlanması

Evə çatdırılma

Müşfiq Abbasov öz adını dəyişsin!

Sosial

23 Yanvar 2022 18:22 13502


Vətən müharibəsinin kuliminasiya nöqtəsi Şuşanın azadlığa qovuşması, Prezident İlham Əliyevin Şəhidlər Xiyabanından bunu elan etməsi oldu. Şuşa azadlığa, Azərbaycana qayıtdı. Şuşa adının bərpası, yenidən qala divarlarında öz əzəməti ilə yer alması üçün neçə-neçə igidlər canlarından, həyatlarından keçdilər, arzuları yarımçıq qaldı. Şəhidlik zirvəsinə ucalıb qondarma “Şuşi” adını yenidən Şuşa etdilər. Şuşa Azərbaycan üçün sadə bir yer, məkan adı deyil. Şuşa Azərbaycanın milli kimliyi, mədəniyyət beşiyi, Qarabağın tacıdır. Qayaların üzərində salınan bu şəhəri tərənnüm etmək, onun haqqında o qədər danışmaq olar ki, buna nə zaman, nə də sözlər yetməz. Bəs görəsən hər kəs Şuşa adının əzəmətini, dəyərini, Azərbaycan üçün nə anlama gəldiyini başa düşür?

Bir neçə gündür ki, yayılan xəbərlər bizi bu sual ətrafında düşünməyə vadar edir. Belə ki, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının ermənilərin təkidi ilə adını “Buta” olaraq dəyişməsi cəmiyyətimizdə ajiotaja çevrilib. Sosial şəbəkələrdə, mediada bu addımla bağlı ciddi tənqidlər səslənib. Komandanın rəhbəri Müşfiq Abbasov açıqlama verib və bildirib ki, bu milliyyətcə erməni, KVN-nin təşkilatçısı Aleksandr Maslyakovun müavini Ruben Caqinyanın təkidi ilə olub. Abbasovun sözlərinə görə, buna ona görə razı olublar ki, ikinci tura keçə bilsinlər. Yəni ikinci tura keçmək bu qədər vacib idi ki, “Şuşa” adından vaz keçdiniz? Müşfiq bəy verdikləri qərara belə haqq qazandırıb: ikinci mərhələyə adlamaq və Aleksandr Maslyakov görüşmək imkanı əldə etmək 

Abbasov komandasını da götürüb yarışdan imtina edib Vətənə dönsəydi, Rusiyada qazandıqları alqışların min qatını burda qazanacaqdı. Heç kim KVN-çiləri tənqid etməyəcəkdi. Əksinə, əsl xarakter nümayiş etdirib milli maraqlara zidd hərəkət etmədikləri üçün onları qəhrəman elan edəcəkdilər. İndi isə situasiya Abbasov və komandası üçün heç də ürəkaçan deyil.  Dördpendirli pizza

Məsələn, görün deputat Aqil Abbas Manset.az-a açıqlamasında bu haqda nə deyir: “Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Caqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!”

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovun Azxəbər.com-a açıqlaması: “Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib”.

Siyahını uzatmaq da olar. Görünən odur ki, haqlı olaraq heç kim KVN komandasının bu hərəkətini düzgün hesab etmir, tənqidlərin ard-arası kəsilmir. Müşfiq Abbasov yeni açıqlama verib ki, bəs ““Şuşa” adını bərpa etdik və bu adla yarışda çıxışımızı davam etdirəcəyik”. Gözəl atalar məsəli var: Daldan atılan daş topuğa dəyər. 

Özünün dediyi kimi, bir turluq olsa belə “Şuşa”nı “Buta”ya dəyişmələri sadəcə utancvericidir. Onda belə çıxır ki, Ruben Caqinyan desə idi ki, “Müşfiq adından xoşum gəlmir adını dəyiş, ikinci tura keçirim” Abbasov razı olacaqdı. Gülməlidir elə deyilmi... Yox, bəlkə də ağlamalıdır. 

Şəxsi fikirimcə Müşfiq bəy elə “Bu şəhərdə” qalsa yaxşı olardı. “Bu şəhərdə”n kənara çıxması skandal yaratdı. Şuşa adının dəyərini verməyənlər, adı qoruyub saxlamağa qadir olmayanlar, hansısa Ciqanyanın sözü ilə və ya nələrəsə görə erməniləri üstümüzə güldürənlər elə yaxşı olar ki, Biləcəridən o tərəfə çıxmasınlar. “Şuşa” adı ilə zarafat etmək olmaz. Yazını uzatmaq, bu haqda çox danışmaq istəmirəm. Çünki görünən kəndə nə bələdçi. Hər şey ortadadır...

Mətləb Qurbanov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azad
    Sizin bunnan sonra Azərbaycan xalginı təmsil eləməyə haggıviz yoxdur....gəlin oturun oturuduğuvuz yerdə....
    4 years ago
  • Məcid.M
    Əziz Şuşa cən azadsan Əziz Şuşa biz qayıtmışıq əziz Şuşa biz səni dirçəldəcəyik deyib M.Abbasov o yarışdan çəkilməli idi
    4 years ago
  • İlqar
    Müşviq hardan bəy olduki? Hələ utanmadan sizdə onu bu mətndə bəy deyə adlandırmısız
    4 years ago
  • Sahib Sahib
    Sağol qardaş Müşfiq həmişə Müşfiq olaraq qalacaq.Alqışlayıram səni və Bu şəhərının kamandasını
    4 years ago
    • Mətanət
      Mətanət
      Kimi alqışlayırsınız? Şuşa adından imtina edənimi? Düz deyirsiniz müşfiq elə müşfiq olaraq qalacaq. Çünki ŞUŞA kimi adın ağırlığına, sanbalına davam gətirməyib əzildi, sındı. Özü də kimin qabağında, erməninin. müşfiq bircə addım qabağa gedə bilmədi.Çünki çiynində ŞUŞA kimi dağdan ağır bir KİŞİ oturmuşdu. Daşıya bilmədi. Bu yükü daşımaq hər kəsin işi deyil, müşfiqin heç..deyil.
      4 years ago  Like (0)
  • Abbas
    Erməniyə bəslədiyim nifrəti müşviq a bbasova bəsləyirəm. Mən erməniləri həmişə Şərəfsiz deyə adlandırıram
    4 years ago
  • Mahmud Mammadov
    İndi gözünüz açıldı ki, Müşviq kimilər pula hər şeyi satarlar, bunu gözləmək olardı. İndi isə o komandanı ümumiyyətlə nə dəstəkləmək, nə də bu xalqın komandası kimi qəbul etmək lazım deyil, əgər mənliyimiz varsa.
    4 years ago
  • Şəmsəddin
    Şuşa bizim üçün müqəddəs şəhərdir. erməni dığasının sözünə ğörə böyük bir səhvə yol verilibdir. Biabırçılıqdır.
    4 years ago