“Nar” korporativ müştəriləri üçün yeni və sərfəli təkliflər təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, artıq bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olacaq və yeni tariflər təqdim ediləcək. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri istifadəyə veriləcək və beynəlxalq zənglər üçün bonuslar təqdim ediləcək.
“Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri, həmçinin sərfəli şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilərlər. Qeyd edək ki, internetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə bilər. Beləliklə, “Nar”-ın korporativ müştərisi olmaqla sahibkarlar öz biznes tələblərinə uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər. Dördpendirli pizza
Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar” yüksək nəticələr göstərən korporativ müştəriləri üçün xüsusi hədiyyələr də təqdim edəcək.
Telegram kanalımız