NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın müttəfiqləri üçün oynadığı roldan söz açıb.
Yenisabah.az “Yonhap”a istinadla xəbər verir ki, NATO rəhbəri rəsmi Vaşinqtonun müttəfiqlərinin maraqları baxımından vacib vəzifə yerinə yetirdiyini söyləyib.
Bundan əlavə, baş katib Rusiya, Çin və Şimali Koreyanın hərəkətləri fonunda bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dominos pizza
“Nə qədər ki, nüvə silahı var, o qədər də çəkindirmənin son dərəcə mühüm vəzifəsi var. Xüsusən də Rusiyadakı avtoritar qüvvələrin ona sahib olduğunu və fəal şəkildə sərmayə qoyduğunu, Çinin nələr etdiyini, silahların sayını artırdığını və Şimali Koreyanın hərəkətlərini gördükdə bunu anlayırıq”, - Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, ABŞ və Fransa kimi NATO ölkələri nüvə silahından əl çəksələr, dünya daha böyük təhlükə ilə üzləşəcək.
Telegram kanalımız