Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynadakı müharibə barədə danışıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o heç nəyin Rusiyanı hədəflərinə çatmaqdan yayındıra bilməyəcəyini deyib.
Kremlin sözçüsü Qərb ölkələrini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyanın narahatlığına qulaq asmağa çağırıb: Dördpendirli pizza
“Rusiya Federasiyası ABŞ-ın Latın Amerikası ölkələrini Ukraynaya silah tədarükünə razı salmaq cəhdlərini diqqətlə izləyəcək.
Baydenin prezidentliyinin 2 ili Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər üçün çox pis olub və mənə elə gəlir ki, yaxın gələcəkdə də bunun yaxşılaşmasına ümid yoxdur. Ukraynanı ağır tanklarla təmin etmək qərarının nəticələri ABŞ üçün mənfi olacaq. Ukraynada münaqişə böyüyür və NATO-nun birbaşa müdaxiləsi təhlükəsi artır”.
Telegram kanalımız