Naxçıvan reysi haqda AZAL-dan rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan reysi haqda AZAL-dan rəsmi açıqlama

İqtisadiyyat

28 Sentyabr 2026 16:34 224


Azərbaycan Hava Yollarının 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə “Yeni Sabah”a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat daxil olub.

Xəbərdə bildirilir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar. pizza

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!