Naxçıvanda məktəblər açıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda məktəblər açıldı

Sosial

15 Sentyabr 2021 09:40 598


Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.

Yenisabah.az xəbər verir ki, Naxçıvan MR-də bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə start verilib.

Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris iki növbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturmasıdır. Marqarita pizza

Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur. (report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!