Naxçıvanda növbəti yoxlama: Nöqsanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda növbəti yoxlama: Nöqsanlar aşkarlandı

Sosial

16 Fevral 2023 10:44 847


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinq keçirilib. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsi, Çeşməbasar və Güznüt kəndləri ərazisində keçirilən monitorinq zamanı ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilib, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilib. 

Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılıb və su nümunələri götürülüb. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilib. Bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməyə başlanılıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!