Nazilə Səfərlinin atası küçədə yıxılıb, heç kim yaxınlaşmayıb

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərlinin atası küçədə yıxılıb, heç kim yaxınlaşmayıb

Şou

22 Aprel 2026 14:51 170


Nazilə Səfərli mərhum atasının xəstəliyi və son dönəmdə yaşadıqları ilə bağlı danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Günorta efirdəyik” proqramında atasının səhhətindəki problemlərdən və insanların ona qarşı laqeyd münasibətindən söz açıb.

Nazilə Səfərlinin sözlərinə görə, ahıl kişi bir dəfə küçədə yıxılsa da, ətrafdakılardan heç kim ona yardım etməyib. Şairə bildirib ki, atası həmin an insanlardan bu qədər soyuq və laqeyd olmamalarını istəyib.

Onun sözlərinə görə, atası gənclik illərindən bir gözünü itirmişdi və protez göz istifadə edirdi. Daha sonra isə beyində yaranan şiş onun digər gözünə də təsir göstərərək görmə qabiliyyətini tam zəiflədib.

Nazilə Səfərli əlavə edib ki, həkim müayinəsindən sonra ailəyə atasının başqa tibb müəssisəsinə aparılması tövsiyə olunub. Həmin vaxt artıq xəstəliyin irəliləmiş mərhələdə olduğu məlum olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!