Nazim Məcidov işdən çıxarıldı
04 İyl 2020 14:56
917

Nazim Məcidov işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Nazim Məcidovu tutduğu vəzifədən azad edib.

Yenisabah.az xəbər verir ki, E.Babayevin müvafiq əmri ilə, BDU-nun Tarixi Muzeyinin direktoru N.Məcidov vəzifəsindən azad olunub.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Nazim Məcidov öz  istəyi ilə vəzifəsindən ayrıldığını bildirib. O, hazırda işsiz olduğunu deyib. 

Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsində də çalışıb.  

Qeyd edək ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər