Nazir avtobus sürən direktoru işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir avtobus sürən direktoru işdən çıxardı

Sosial

09 Dekabr 2021 19:27 6189


"BakuBus"a aid avtobusun sükanı arxasından paylaşdığı şəkillərdən sonra gündəmə gələn Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktroru Elnur Rzayev vəzifəsindən azad edilibmiş.

Yenisabah.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bir müddət əvvəl Elnur Rzayev vəzifəsindən azad olunub və yerinə Əlihüseyn Həsənov təyin olunub. 

Elnur Rzayev saytımıza açıqlamasında hazırda Bakıda mebel şirkətində çalışdığını deyib.  Dördpendirli pizza

Qeyd edək ki, ötən ilin yayında sabiq məktəb direktoru Elnur Rzayev "BakuBus" avtobusunun sükanı arxasında şəkil çəkərək sosial şəbəkələrdə paylaşım edib və məzuniyyət vaxtı avtobus sürücüsü işlədiyini demişdi. Bu böyük səs-küyə səbəb olmuşdu. 

Hadisədən sonra Təhsil naziri Emin Əmrullayevin əmri ilə Elnur Rzayevə töhmət verilmişdi./Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!