Nazir: “Lavrovla Qafqazdan danışdıq“

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Lavrovla Qafqazdan danışdıq“

Dünya

29 Mart 2023 15:43 676


"Qafqazdakı hazırkı proseslərə gəlincə, danışıqlarda bizim xüsusi diqqətimiz oldu".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian bildirib.

O bu gün Moskvada Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib: Pepperoni pizza

"Biz Qafqazda gərginliyin davam etməsini heç bir tərəfin xeyrinə olmadığı qənaətindəyik. Xarici müdaxilələri və regionda geosiyasi dəyişikliklər üçün göstərilən səyləri vəziyyəti mürəkkəbləşdirən amil hesab edirik".

H. Əmir Abdullahian əlavə edib: "Bu məsələlər 3+3 mexanizmi əsasında həll olunmalıdır və biz bu görüşü Tehranda keçirməyə razırıq".

XİN rəhbəri Moskvada nəzərdə tutulan dördtərəfli görüşə (Rusiya, Türkiyə, İran və Suriya) toxunub:

"Bu yaxınlarda Türkiyə və Suriyaya səfərim zamanı iki ölkənin rəsmiləri ilə məsləhətləşdim. Bu gün də danışdıq. Həmin görüş gələn həftə XİN müavinləri səviyyəsində keçiriləcək. Təbii ki, bu görüşün məqsədi Türkiyə və Suriyanın fikirlərini yaxınlaşdırmaqdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!