YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Nazir: “Rusiya ilə sərhədi qapatmağa ehtiyac yoxdur“

Nazir: “Rusiya ilə sərhədi qapatmağa ehtiyac yoxdur“

Bölgə

27 Sentyabr 2022 13:46 663


"Rusiya ilə sərhəddə yerləşən Kazbegi-Yuxarı Lars keçid məntəqəsinin bağlanması üçün heç bir səbəb görmürəm".

Yenisabah.az "Novosti-Georgia"ya istinadla xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

O deyib: "“Rusiya vətəndaşları həmişə Gürcüstana gəliblər. İndi də gələcəklər. Niyə indi onların girişini məhdudlaşdırmalıyıq? Onlar geniş miqyasda gəlib və hətta 2011-ci ildə cənab Saakaşvili onları qarşılayıb, ölkəyə dəvət edərək onlara bir şüşə şərab verib”.

Qomelauri etiraf edib ki, Gürcüstan-Rusiya sərhədindəki nəzarət-buraxılış məntəqəsi Rusiya Federasiyasını tərk etmək istəyənlərin çoxluğuna görə son həddə işləyir. Onun sözlərinə görə, əraziyə əlavə polis qüvvələri göndərilib.

Xatırladaq ki, hazırda Gürcüstan gömrüyü fövqəladə iş rejiminə keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!