Nazirdən hərbçilərə şad xəbər: Maaşları artacaq

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən hərbçilərə şad xəbər: Maaşları artacaq

Sosial

11 Noyabr 2021 14:31 1189


“Hərbi qulluqçuların maaşlarının artırılması nəzərdə tutulub”.

Yenisabah.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Hərbi xərclər, o cümlədən hərbi qulluqçuların maddi təminatı dövlətin prioritetləri sırasındadır. Bununla bağlı dövlət büdcəsində müəyyən artımlar var. Hesab edirəm ki, əhəmiyyətli artımlar olacaq”, - nazir bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!