Nazirlər Kabineti 65 yaşdan yuxarı şəxslərlə bağlı qərar verdi – RƏSMİ
13 Avq 2020 16:27
4719

Nazirlər Kabineti 65 yaşdan yuxarı şəxslərlə bağlı qərar verdi – RƏSMİ

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

“Yeni Sabah” xəbər verir ki, məktubda bir sıra məsələlərin yer alması ilə yanaşı, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan edilib.

Tapşırıq 10 avqust tarixindən 31 avqust tarixinədək qüvvədədir.

Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər