Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdi

Hadisə

29 İyul 2023 18:53 961


Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan fotoqraf müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb. 

Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.  Sezar pizza

Gənclər və İdman Nazirliyi göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!