Nazirlik şəhidə xəbərdarlıq edib: Anası şoka düşüb

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik şəhidə xəbərdarlıq edib: Anası şoka düşüb

Sosial

16 Fevral 2023 14:59 4142


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Məşğulluq Agentliyi Vətən Müharibəsi Şəhidi Etibar Mahmudova xəbərdarlıq göndərib. 

Bu barədə Mingəçevirdən olan Şəhidin anası Əsmayə Mahmudova bildirib. Məlumatı jurnalist Kamil Həmidov açıqlayıb.  Rəsmi bildirişi alan ana heyrətlənib.

Fevralın 14-də göndərilmiş bildirişdə deyilir ki, Şəhid fərdi məşğulluq proqramını əldə etmək üçün 5 gün müddətində regional məşğulluq mərkəzinə yaxınlaşmalıdır. “Əks təqdirdə işsiz kimi qeydiyyatdan çıxarılacaqsınız“-deyə bildirişdə qeyd olunur. Dominos pizza

Etibar Mahmudov 44 günlük Vətən müharibəsində iştirak edib və noyabr ayında döyüş zamanı şəhid olub.

“Mənim övladım iki il 3 ay bundan öncə Şəhid olub. Bunların heçmi dünyadan xəbərləri yoxdur? Bu qədər məsuliyyətsizlik, bu qədər vicdansızlıq olarmı? Şəhidə verdikləri dəyər, ehtiram budurmu?”-deyə anası etirazını bildirib.

“Mesajı oxuyub, gözlərimə inanmadım, elə bildim yuxudayam” -deyən ana bildirib ki, rəsmi bildiriş Şəhidin adına olan nömrəyə deyil, ananın telefonuna göndərilib.

Məşğulluq Agentliyinin belə kobud səhvinin, Şəhidinin adının indiyə qədər məşğulluqla bağlı siyahıda necə qalmasının səbəbi məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!