Nazirlikdən əhaliyə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Sosial

01 Dekabr 2021 18:06 1341


Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Nazirlik məlumat yayıb. 

Bildirilib ki, xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Dördpendirli pizza

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!