“Nə gizlədim, pulum tükənib...“   - Faytonçu Nazim

saytların hazırlanması

Evə çatdırılma

“Nə gizlədim, pulum tükənib...“ - Faytonçu Nazim

Şou

03 Dekabr 2020 10:24 1312


“Mən də susmuram, vəziyyətimiz olduqca çətinləşib. İnsanlardan xahiş edirəm, bizimlə nəvazişlə davransınlar. Biz sənət adamları həssas insanlarıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişiyarı MTV telekanalında qonaq olarkən deyib.

Sənətçi müğənnilərin pandemiya ərəfəsində maddi sıxıntılar yaşadığını deyib: pizza hut

"Bizim qazancımız el şənliklərindəndir. Bu gün toylara qadağa qoyulub. Şoumuz axsayıb, biznes tərəfi yoxdur. Nəsə iş görəndə, kassa tərəfi lazım olurdu. Mahnı alanda, aranjiman edəndə, studiyada oxuyanda pul xərcləyirsən. Nə gizlədim, pulum tükənib. Tənqid edirsiz, amma təhqir olmaz. Bizə pis təsir edir. Digər həmkarlarımın toy qiyməti kəllə-çarxa idi: 15,12,10, 8 minə toya gedirdilər. Mənim qiymətim 5 min idi. Sabah da 5 minə gedəcəyəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!