Neft ucuzlaşır – 70 dollar həddindən aşağı düşdü

saytların hazırlanması

Evə çatdırılma

Neft ucuzlaşır – 70 dollar həddindən aşağı düşdü

İqtisadiyyat

27 İyun 2026 12:10 78


Qlobal enerji bazarlarında xam neft qiymətlərinin kəskin ucuzlaşması tendensiyası davam edir. 

“Yeni Sabah” xəbər verir ki, Yaxın Şərqdə gərginliyin azalması, tədarükün artması və qlobal tələbatın zəifləməsi fonunda qiymətlər son ayların minimumuna enib.

Nyu-York birjasında ABŞ-ın WTI markalı neftinin qiyməti psixoloji həddi aşaraq 69.23 dollara geriləyib. London birjasında "Brent" markalı neftin qiyməti isə təxminən 4% dəyər itirərək 71.99 dollar təşkil edib. Toyuqlu pizza

Beynəlxalq maliyyə qurumları tələbatın zəif qalacağı təqdirdə "Brent" neftinin ilin son rübündə 65-68 dollar dəhlizinə qədər enə biləcəyini proqnozlaşdırırlar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!